Yaşayış binasında yanğın - xəsarət alanlar var

04 Fevral, 2020 19:55 | Sosial | Baxış sayı: 72
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda yaşayış binasında yanğın olub.

İstiPress-ə FHN-dən verilən məlumata görə, yanğın paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 32 m² olan 1 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.