Körpələr üçün çox təhlükəli bağça təmir edilib

03 Dekabr, 2020 15:56 | Sosial | Baxış sayı: 181

Qubanın Amsar kəndində olduqca təhlükəli və bərbad binada yerləşən uşaq bağçası əsaslı bərpa və təmir edilib.

İstiPress-un məlumatına görə, bu, rayon rəhbəri Ziyəddin Əliyevin iki ay əvvəl bağçaya baş çəkərkən gördüyü mənzərədən sonra mümkün olub.

Amsar kəndində olarkən Quba İH başçısı Ziyəddin Əliyev bağçanın binasının körpələr üçün çox təhlükəli olduğunu görüb və tezliklə binanın əsaslı təmir edilməsi tapşırığını verib. İki ay müddətində bina hər cəhətdən yenilənib, təzə  elektrik xətti çəkilib, avadanlıqlar tam təzəsi ilə əvəz edilib.

Pandemiyaya görə körpələr evi hazırda işləməsə də, bina tam hazır vəziyyətə gətirilib. Pandemiya səbəbindən sərtləşdirilmiş karantin rejimi tətbiq edilən Qubada İH başçısı Ziyəddin Əliyev vaxt tapıb Amsar kəndinə gedib, artıq görkəmini tam dəyişən 11 saylı körpələr evi-uşaq bağçasına baş çəkib.