Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarıldı

03 Dekabr, 2019 15:37 | Sosial | Baxış sayı: 82
Vəli Hüseynov
Vəli Hüseynov

Prezident İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

İstiPress-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.