Qəzaya düşmüş 92 yaşlı kişi evə buraxıldı

03 Noyabr, 2019 15:48 | Sosial | Baxış sayı: 43
Təcili yardım maşını
Təcili yardım maşını

Xəsarəti yüngül olub

Bu gün günorta saatlarında Salyan və Sabirabad rayonlarını birləşdirən “Noxudlu yolu” adlanan yolda yol-nəqliyyat qəzası baş verib.

İstiPress-in "virtualaz.org" saytının Şirvan bürosuna istinadən məlumatına görə, qəza nəticəsində xəsarət alan Sabirabad rayon sakini, 92 yaşlı Əjdər Bilal oğlu Hüseynov təcili yardım maşını ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəsarəti yüngül olduğu üçün ona tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.