Bu gecə Azərbaycanda 10 dərəcə şaxta olub

03 Noyabr, 2019 10:27 | Sosial | Baxış sayı: 388
Qusarda qar
Qusarda qar

Qarın qalınlığı 14 sm-ə çatıb

Ötən gündən başlayaraq şimal rayonlarının dağlıq ərazilərinə qar düşüb.

IstiPress-in şimal bürosunun məlumatına görə, ən çox qar ənənəvi olaraq Qubanın dağlıq Xınalıq və Qrız kəndlərinə düşüb: 14 sm. Yerli sakinlərin bu məlumatını Quba ərazi hidrometerologiya müəssisəsi təsdiqləyib. İdarənin məlumatına görə, bölgədə ən çox şaxta Qubanın Qrız və Qusarın Ləzə kəndlərinə düşüb: 10 dərəcə şaxta. Bu gün səhər saatlarında Xınalıqda isə şaxta - 9 dərəcə təşkil edib.

Ləzə kəndinə isə 10 sm qar düşüb. Qubanın Qonaqkənd-Xaltan kəndlərinə isə qar tozanaq şəklində müşahidə olunub. Xaltanın dağlıq hissəsində 4 sm-ə yaxın qar yağsa da, kəndlərə tozanaq şəklində yağıb.

Noyabrın 2-də şimal bölgəsində havanın qeyri-sabitvə küləkli keçməsi sakinlərə enerji problemi də yaşadıb. Xaçmaz şəhərinin müəyyən hissəsində və əksər kəndlərində  bir neçə saat işıq olmayıb. Qubanın bəzi kəndlərində də bu problem müşahidə olunub. "Azərişığ"ın rayon şöbələrindəki qəza briqadası problemi axşam saatlarında aradan qaldırıb.

Qusarda qar
Qusarda qar