Öpüşdüyü deyilən direktora görə aksiya başladı FOTOLAR

03 Noyabr, 2017 10:35 | Sosial | Baxış sayı: 1012
Aksiya
Aksiya

Direktorun yaxınları və kəndliləri küçəyə çıxdı

12 yaşlı məktəbli qıza qarşı seksual xarakterli hərəkət etdiyi iddia edilən  deyilən Xaçmazın Arzu kənd məktəbinin 62 yaşlı direktoru Gülfəz Alxasovun kəndliləri bu gün etiraz aksiyası keçirirlər. Aksiya direktorun yaşadığı Suxtəkələ kəndindədir. 

İstiPress-in Şimal bürosunun məlumatına görə, hazırda təxminən 50-60 nəfər Suxtəkələ kənd sakini, direktorun qohum və ailə üzvləri kənd məktəbinin qarşısına yığışıblar.

Onlar yaşalı direktora şər atlıldığını, onun böhtana məruz qaldığını iddia edirlər. Həmkəndliləri və yaxınları. G.Alxasovun həbsdən azad olunmasını tələb edirlər.

Direktorun oğlu Elşən Alxasov atasının təmiz adının bərpa edilməsini tələb edir. 

Xatırladaq ki, iddialara görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. 

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Aksiya keçirən kənd sakinləri direktorun işdən getməsini tələb ediblər.

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb. G. Alxasov müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.