Zərgərpalan küçəsi açıldı

03 Oktyabr, 2019 16:42 | Sosial | Baxış sayı: 80
Təmir edilən küçə
Təmir edilən küçə

Təmir işləri 750 metr sahədə aparılıb

Bakıda sürücülərin rahat hərəkəti üçün daha bir yol açıldı. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, nəqliyyat sıxlığının azaldılması istiqamətində təmir aparılan Yasamal rayonu, Zərgərpalan küçəsi açılıb. Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. 

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub.