Mingəçevirdə aqoniya ilə kəsilmiş cəmdək tapıldı

03 Oktyabr, 2019 10:58 | Sosial | Baxış sayı: 115
Ölü heyvan əti
Ölü heyvan əti

Ətin çəkisi yarım tona yaxın olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib.

Agentlikdən verilən məlumata görə, baxış zamanı vətandaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.