Min manatdan çox maaş alan müəllimlərin sayı CƏDVƏL

03 Oktyabr, 2019 15:00 | Sosial | Baxış sayı: 3176
Müəllim
Müəllim

Təhsil Nazirliyindən rəsmi açıqlama

"Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb". Bu barədə məlumat Təhsil Nazirliyindən verilib. 

Nazirliyin məlumatına görə, aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

"2019-2020-ci tədris ili üzrə daha  30 min müəllimin  müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub. Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib".