Rusiyada sərnişin təyyarələri toqquşdu - VİDEO

03 Sentyabr, 2019 18:29 | Sosial | Baxış sayı: 223

Pekinə uçan təyyarə laynerin qanadına çırpılıb

Rusiyanın Şeremetyevo hava limanında “Aeroflot” və “Royal Flight” aviaşirkətlərinə məxsus təyyarələr toqquşub.

İstiPress “RİA Novosti”yə isitnadən xəbər verir ki, Pekinə uçan təyyarə enmə zolağındakı laynerin qanadına çırpılıb. İnsident nəticəsində “Aeroflot”un sərnişinləri göyərtədən endirilib, xəsarət alanın olmadığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Şirkət sərnişinlərə əlavə layner göndərəcəyini bildirib.