Dərs ilinin ilk mövzusu bu olacaq

03 Sentyabr, 2019 13:33 | Sosial | Baxış sayı: 297
Müəllim
Müəllim

Mövzu ibtidai və böyük siniflərdə dəyişəcək

Yeni tədris ilinin ilk dərs məşğələlərinin mövzuları açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.