Sakinlər fahişəxanaya görə ayağa qalxdı

03 Avqust, 2017 17:49 | Sosial | Baxış sayı: 1286
Oteldə fahişəxana
Oteldə fahişəxana

Priton kimi fəaliyyət göstərən oteldən 300 şikayət daxil olub

Birləşmiş Ştatların Manhetten şəhərində sakinlər iyunda açılan Public hotelindən narazılıq edir. 

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, fahişəxana kimi fəaliyyət göstərən hotelin müştəriləri burada əylənərkən pəncərələri belə açmaqdan utanmır. Binanın 28-ci mərtəbəsi isə daha biabırçıdır. Çünki burada həm homoseksuallar, həm də heteroseksuallar əylənir və küçədən hər şey açıq-aşkar görünür.

Bununla yanaşı, hotelin damında fəaliyyət göstərən barda müştərilərin hər gün müşahidə olunan səs-küyü Manhetten sakinlərini bezdirib.

Yerli hakimiyyət orqanlarına daxil olan 300-dən çox şikayət isə cavabsız qalıb. Görünür, onlar da bunun qarşısını almaqda acizdir.