Məktəb bazarında qiymətlər necədir? - QİYMƏTLƏR

03 Avqust, 2017 19:16 | Sosial | Baxış sayı: 327
Məktəb bazarı
Məktəb bazarı

Cüzi dəyişiklik müşahidə edilir

Dərs ilinin başlanmasına hələ bir müddət qalsa da, bəzi valideynlər indidən hazırlıqlara başlayıblar. Buna səbəb həm bazarlarda tünlük yaranmadan işini rahatçılıqla görmək istəyi, həm də qiymətlərin bu vaxtlar bir qədər ucuz olmasıdır.

İstiPress faktxeber.com-a istinadən bildirir ki, dərsliklərin dövlət tərəfindən verilməsi valideynlərin xərcini nisbətən azaltsa da, bir uşağı dərsə hazırlamaq üçün kifayət qədər pul lazımdır.

Məktəbə hazırlığın neçəyə başa gəldiyini müəyyən etmək üçün həm topdan satış, həm də şəhərin mərkəzindəki pərakəndə satış mağazalarına baş çəkdik.

Keçən illə müqayisədə məktəbli geyimlərində və ləvazimatların qiymətində elə də böyük dəyişiklik olmasa da, cüzi dəyişiklik müşahidə edilir.

Artıq yeni tədris mövsümünün yaxınlaşması Bakı Tikiş Evinin satış məntəqələrində canlanma yaradıb. Bakı Tikiş Evindən bildirilib ki, onların 13 mağazası ilboyu fəaliyyət göstərir. Bu yaxınlarda isə "20 yanvar" metrostansiyası ətrafında və Sumqayıtda yeni mağaza faəliyyətə başlayıb. Formaların qiyməti isə dəyişməz olaraq qalıb: aşağı siniflər üçün 40, yuxarı siniflər üşün isə 46 manat. BTE-nin satış mərkəzlərində məktəbli forması ilə yanaşı çanta, həmçinin ayrılıqda olaraq köynək, jilet, pencək satılır.

Məktəblilər üçün vacib olan ləvazimatlardan biri də çantadır. Sədərək Ticarət Mərkəzində və paytaxt Bakıdakı mağazalarda qiymətlər 10-80 manat arası dəyişir

Digər ləvazimatların qiyməti isə aşağıdakı kimidir:

Məhsulun adı    Qiymət

12 vərəqli dəftər    15 qəpik
40 vərəqli dəftər    35 qəpik
100 vərəqli dəftər    7 qəpik
Karandaş    10 qəpik
Rəngli karandaş    80 qəpik
Flomaster (6 rəng)    1 manat
Plastilin (6 rəng)    1 manat
Pozan    10 qəpik
Ağardıcı    50 qəpik
Dəftər üzü    15 qəpik
Kitab üzü    20 qəpik
Rəngli kağız (6 rəng)    50 qəpik
Qələmdan    1 manat 80 qəpik
Sulu boya (12 rəng)    1 manat 50 qəpik
Gündəlik    1 manat 50 qəpik
Qələm    10 qəpik
Say çöpü    80 qəpik
Qayçı    1 manat
Rəsm albomu    40 qəpik - 2 manat
Xətkeş    20 qəpik - 2 manat
Su qabı    2-6 manat.

Bundan əlavə, test kitabçaları, əlavə vəsaitlərin də xərci ayrıdır. Məhsulların qiyməti çeşid və keyfiyyətindən asılı olaraq dəyişir. Orta hesabla, bir uşağı dərsə yola salmaq üçün valideynlər ən azı 150 manat xərc çəkməlidirlər.