Bakıda sərnişin avtobusa qoyunla mindi

03 Avqust, 2017 17:04 | Sosial | Baxış sayı: 184

Hadisə 148 nömrəli avtobusda baş verib

Bakıda sərnişin avtobusa qoyunla daxil olub.

Hadisə 148 nömrəli avtobusda baş verib. Görüntülər bu gün sosial şəbəkələrdə istifadəçilər tərəfindən yayılıb və olduqca maraqla qarşılanıb.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qoyun və digər ev heyvanı ilə avtobusa minmək qadağandır:

“Avtobusda əşyaların daşınması ilə bağlı konkret tələblər müəyyənləşdirilib. Həmin tələblərə də hər bir sərnişin əməl etməlidir. Bu, yalnız qanunla olmamalıdır. İnsanların özlərinin də düşüncəsi olmalıdır ki, heyvanla ümumi istifadə olunan nəqliyyat vasitəsinə minmək olmaz”. Metbuat.az