Azərbaycanda 61 nəfəri gün vurdu

03 Avqust, 2017 19:49 | Sosial | Baxış sayı: 106
Günvurmadan əziyyət çəkən gənc
Günvurmadan əziyyət çəkən gənc

Müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib

İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib.

“Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar”.