Rusiyada azərbaycanlı biznesmen koronavirusdan öldü

03 İyul, 2020 10:42 | Sosial | Baxış sayı: 110
Rövşən Muradov
Rövşən Muradov

Rusiya Federasiyasının Krasnoqorsk şəhərində 1971-ci təvəllüdlü Muradov Rövşən Vahid oğlu koronavirus infeksiyasından dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə Moskva vilayətinin İstra rayonundakı Azərbaycan İcmasının rəhbəri Ramil Əliyev məlumat verib.

Onun sözlərinə görə, R.Muradov 9 iyunda anası ilə birgə 1 saylı Krasnoqorsk dövlət xəstəxanasına yerləşdirilib. Rövşənin anası 14 iyunda vəfat edib. 18 gündən sonra isə biznesmenin özü dünyasını dəyişib.

Həmyerlimizin cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib. Dəfn mərasimi bu gün olacaq.