Bakıdan bu şəhərə təyyarə reysləri bərpa edildi

03 İyul, 2020 10:43 | Sosial | Baxış sayı: 73
Belavia
Belavia

Bakıdan Minskə uçuşlar iyulun 10-dan etibarən yenidən başlayacaq.

İstiPress "Belavia" Hava Yollarına istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Uçuşların yalnız bir istiqamətdə həyata keçiriləcəyi qeyd olunur. Sərnişinlər hələlik Minskdən Bakıya uçmayacaqlar.

Xatırladaq ki, iyulun 1-dən etibarən AZAL və Türk Hava Yolları həftədə dörd dəfə Bakı - İstanbul - Bakı reysini həyata keçirir.