AzTV-nin baş redaktoru koronavirusdan dünyasını dəyişdi

03 İyul, 2020 10:12 | Sosial | Baxış sayı: 183
Etibar Babayev
Etibar Babayev

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) daha bir əməkdaşı koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə,  telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19-un qurbanı olub.

Məlumata görə, E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilibmiş.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də şəhər xəstəxanalarının birində koronavirusdan dünyasını dəyişmişdi.