Ağciyər Xəstəlikləri İnstitutunun keçmiş direktoru koronavirusdan öldü

03 İyul, 2020 13:52 | Sosial | Baxış sayı: 144

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Faiq Ağayev ötən gün koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə, 70 yaşlı bronxoloq ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum institutda həkim kimi fəaliyyətini davam etdirirdi.

İnstitutdan həkimin ölüm xəbərini təsdiqləyiblər. Qeyd edək ki, F.Ağayevlə birgə institutun daha bir neçə əməkdaşı infeksiyaya yoluxub.