Bakının ən qədim universitet binasında yanğın olub

03 İyul, 2019 11:21 | Sosial | Baxış sayı: 95
Yanğın
Yanğın

Yanğın tədris binasının birinci mərtəbəsində baş verib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yanğınla bağlı məlumat yayıb.

UNEC-dən bildirilib ki, iyulun 3-də səhər saatlarında ali məktəbin əsas tədris binasında yanğın olub.

Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, Azərbaycanın ilk universiteti - Bakı Dövlət Universiteti ilk dəfə 1919-cu ildə UNEC-in indi yerləşdiyi binada açılıb və uzun müddət orada fəaliyyət göstərib.