Svetoforlar işə başladı

03 İyul, 2018 09:10 | Sosial | Baxış sayı: 45
Svetasfor
Svetasfor

Bakıda texniki personaldan ibarət mobil qruplar işə başlayıb

Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün svetoforların fəaliyyəti bərpa edilib.

Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə BNA-nın şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir. 

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.

Xatırladaq ki, bu gecə ölkə ərazisinin böyük hissəsi qarannlığa qərq olub. Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı yaydığı birgə operativ məlumata əsasən bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.