Səhiyyə Nazirliyi körpə ölümləri ilə bağlı yayılan məlumata cavab verdi

03 İyul, 2018 17:46 | Sosial | Baxış sayı: 272
Ölmüş körpənin ruhu - KOLLAJ
Ölmüş körpənin ruhu - KOLLAJ

Ötən gecə elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlərdən sonra doğum evlərində ağır vəziyyətdə küvəsdə saxlanılan 100 körpənin ölməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Xəbərlərdə deyilir ki, enerji verilişi dayandırılandan sonra süni nəfəs aparatına qoşulmuş körpələr ölüb.

İstiPress-in məlumatına görə, Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, məlumat yalandır. Elektrik enerjisinin verilişində məhdudiyyətlər yarandığı andan tibb müəssisələrində generatorlar avtomatik işə düşüb. Ayrıca dünən gecə körpə ölümü qeydə alınmayıb. “Hətta bir körpə ölümünü belə gizlətmək mümkün deyil”, -nazirlik əməkdaşı qeyd edib.

Yayılmış xəbərlərə əlavə edilmiş videogörüntüyə gəlincə, qeyd edək ki, o, illər əvvəl rayon xəstəxanalarının birində lentə alınıb.