Azərbaycanda anomal isti XƏBƏRDARLIĞI

03 İyul, 2018 14:25 | Sosial | Baxış sayı: 395
İsti hava şəraiti
İsti hava şəraiti

Qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə edin

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunan anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir. 

"Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik".

Anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə