Bu gün keçirilən qəbul imtahanı

03 İyun, 2018 10:52 | Sosial | Baxış sayı: 98
İmtahan (Arxiv)
İmtahan (Arxiv)

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir

Bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirilir.

İstiPress-in məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılıcaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 7479 nəfəri Azərbaycan bölməsi, 704 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3561 nəfərini oğlanlar, 4622 nəfərini qızlar təşkil edir. 5014 nəfər ali təhsil müəssisələrinin builki, 3169 nəfər isə əvvəlki illərin məzunudur. 24 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.