Bakının çökək yerlərində gərginlik müşahidə edilir

03 İyun, 2018 11:37 | Sosial | Baxış sayı: 134
subasma
subasma

Nazirlik rəsmi məlumat yayıb

Bakının subasma sahələrində müşahidə olunan gərginlik davam edir.

İstiPress-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.

Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində də stabil gərginlik var.