Azərbaycanın uçan körpüsü barədə rəsmi açıqlama - FOTOLAR

03 İyun, 2018 12:57 | Sosial | Baxış sayı: 334
Göyçay çayı üzərində uçan körpü
Göyçay çayı üzərində uçan körpü

74 metr uzunluğa malik avtomobil körpüsü necə dağıldı?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Göyçay çayı üzərində körpünün uçması üzündən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yaranmış problemlərin həll ediləcəyini bildirdi. 

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli öz "Facebook" səhifəsində bidirib.  

O yazıb: "Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 74 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsini uçurub. Sel suları sutəmizləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub. Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib. Uçmuş yol hissəsinin uzunluğu təqribən 6-7 metr təşkil edir. Körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün yanaşma yolunun bərpası istiqamətində addımlar atılacaq".

Göyçay çayı üzərində uçan körpü
Göyçay çayı üzərində uçan körpü
Göyçay çayı üzərində uçan körpü
Göyçay çayı üzərində uçan körpü