Qubada sel təhlükəsi yaradan 100 tonluq qaya

03 May, 2019 15:53 | Sosial | Baxış sayı: 189
Qaya
Qaya

Sürüşmə nəticəsində çaya düşən qayanı hələ də təmizləmək mümkün olmayıb

Bir müddət sürüşmə nəticəsində 100 tonluq daş düşmüş Quba-Xınalıq yolunun 36-cı km-də təhlükə qalmaqdadır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı Yol istismar MMC-nin sahə rəisi Bilal Sultanov İStiPress-in Şimal bürosuna məlumat verib.

Onun sözlərinə görə, yol nəqliyyatın hərəkətinə tam açıq olsa da çaya düşmüş 100 tonluq daş yerində qalıb. Bir azdan qarın dağlarda əriməsi nəticəsində Qudyalçaya yaz seli gələrsə yolu su basacaq.

Hazırda daşın zərərsizləşdirilməsi istiqamətində mütəxəssislərlə birgə məsləhətləşmələr aparılır.Hətta yapon mütəxəssislər də əraziyə baxış keçirib. Daşın ya doğranılaraq parçalanması və ya partladılması nəzərdə tutulur.