"Qırmızı körpü" bağlandı?

03 May, 2019 09:22 | Sosial | Baxış sayı: 148
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi
“Qırmızı körpü” sərhəd keçid məntəqəsi

İnsanlar və maşınlar saatlarla sərhəddə qaldılar

Ötən gün Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Problem saat 20 radələrində meydana çıxıb və saatlarla davam edib. 

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.