Deputat nəvəsinin çantasından şikayətləndi- "Götürə bilmirəm"

03 May, 2019 14:40 | Sosial | Baxış sayı: 91
Çanta
Çanta

Parlament uşaqları ağır yükdən xilas edəcək?

Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb. Məsələ ilə bağlı millət vəkili Aqil Abbas çıxış edib.

Deputat deyib ki, çantaların ağır olması səbəbindən uşaqların sümük sistemi sıradan çıxacaq:

“Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının beli əyilir. Bu nə məcburiyyətdir. Biz də oxumuşuq... Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz.

Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın?! Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır”. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır.