Bakıda 2 dəqiqədə bitən ucuz evlərlə bağlı statistika FOTOLAR

03 May, 2019 17:01 | Sosial | Baxış sayı: 234
Sosial evlər
Sosial evlər

Aprelin 29-da MİDA 154 mənzil sata bilib

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksində aprelin 29-da baş tutan növbəti satışa dair məlumatları açıqlayıb. MİDA-dan verilən məlumata görə, 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin seçimi həmin gün uğurla başa çatdırılıb.

Satış saat 11:00-da başlayıb. Kompleksdə ilk mənzilə baxış 11:00:04-də başlayıb. 11:00:33-də isə təsdiqlənmə olub. Son olaraq isə 1 otaqlı mənzil seçilib - saat 11:02:45 də. 

Mənzillərin 35-faizini yaşı 35-dən çox olmayan gənc ailələr, 65 faizini isə yaşından və ailə vəziyyətindən asılı olmayan kateqoriyasına daxil olanlar seçiblər. 13 ailə mənzili şəxsi hesabına əldə edib.