Bakı-Sumqayıt qatarının cədvəli dəyişir

03 May, 2019 14:48 | Sosial | Baxış sayı: 346
Bakı-Sumqayıt-Bakı elektrik qatarı
Bakı-Sumqayıt-Bakı elektrik qatarı

Dəyişiklik bir gün davam edəcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, dəyişiklik dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədardır.

Şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08:40-da yola düşən 6012 nömrəli, saat 09:05-də yola düşən 6014 nömrəli, saat 09:50-də yola düşən 6016 nömrəli, saat 16:55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16:00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.