Prezident 8 min adam üçün 8 milyon ayırdı

03 May, 2018 08:45 | Sosial | Baxış sayı: 125
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Pul dövlət agentliyinə veriləcək

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla 8 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manat  Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.