Sabah qar yağacaq

03 Aprel, 2020 13:24 | Sosial | Baxış sayı: 87
Qarlı hava
Qarlı hava

Bəzi yerlərdə intensiv olacağı gözlənilir

Sabah hava yağışlı olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 
gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. 
Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Aprelin 4-də Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında  duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq