Azərbaycan daha 175 vətəndaşını təxliyə etdi

03 Aprel, 2020 16:57 | Sosial | Baxış sayı: 152
AZAL
AZAL

Londondan və Moskvadan Azərbaycan vətəndaşları vətənə çatdırılıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib. 

İstiPress-in məlumatına görə, bu barədə AZAL-dan bildirilib.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. 

Eyni zamanda bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın  təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

"AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - aviaşirkət bəyan edib.