Səhiyyə Nazirliyində işləmək istəyənlər üçün əmr verildi

03 Aprel, 2019 09:47 | Sosial | Baxış sayı: 77
Səhiyyə Nazirliyinin binası
Səhiyyə Nazirliyinin binası

Könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq

Səhiyyə naziri Oqtay Şirəliyev “Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.Nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq. 

Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.

Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.