Azərbaycanda tanınmış həkim dünyasını dəyişib

03 Aprel, 2018 15:50 | Sosial | Baxış sayı: 620
Səbinə Mirzəyeva
Səbinə Mirzəyeva

Tanınmış cərrah-ginekoloq Səbinə Mirzəyeva dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə “Baku Medical Plaza”dan məlumat verilib.

Səbinə Mirzəyevanın ölüm səbəbi açıqlanmayıb və bununla bağlı ancaq ailə üzvlərinin məlumat verə biləcəyi bildirilib.

Qeyd edək ki, Səbinə Mirzəyeva Milli Onkologiya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında və "Baku Medikal Plaza"da işləyib.

Allah rəhmət eləsin!

Səbinə Mirzəyeva
Səbinə Mirzəyeva