Bir ailənin 5 üzvü siçan dərmanından zəhərləndi - nənə öldü

03 Mart, 2020 12:59 | Sosial | Baxış sayı: 111
Təcili yardım maşını
Təcili yardım maşını

“Uşaqlardan biri isə hazırda əməliyyatdadır”

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb, bir nəfər ölüb.

İstiPress-in məlumatına görə, hadisə martın 2-si saat 18:30 radələrində baş verib. Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.