Bakıda məşhur mərkəzdə dəhşətli yanğın - 11 briqada söndürüb

03 Mart, 2020 11:19 | Sosial | Baxış sayı: 156
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

120 m2 sahədə yanıb

Bakı şəhəri, Səbail rayonunda “Baku Oil Services”ə (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.