Avtovağzallar gücləndirilmiş iş qrafikini uzatdı

03 Yanvar, 2019 10:30 | Sosial | Baxış sayı: 22
Bakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı

İstirahətini uzatmaq istəyənlər nəzərə alınıb

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bu gündən etibarən rəsmi iş günü olmasına baxmayaraq bayramda regionlarda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlər nəzərə alınıb. 

Bunun üçün də respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadılıb.

"Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir".