Marixuana satışı sərbəstləşdirildi

03 Yanvar, 2018 16:26 | Sosial | Baxış sayı: 219
Marixuana
Marixuana

ABŞ-ın Kaliforniya ştatında 2018-ci il yanvarın 1-dən etibarən rekreasiya məqsədi ilə marixuananın satışına rəsmi olaraq icazə verilib.

İstiPress-in "BBC"yə istinadən verdiyi məlumata görə, buna qədər ştatda marixuananı yalnız tibbi məqsədlə satın almaq mümkün idi.  Yeni qanuna görə, 21 yaşından yuxarı şəxslər 1 unsiya, 30 qramdan bir qədər az narkotik vasitə saxlaya bilərlər. 

Lakin marixuananın pərakəndə satışı mağazaların  xüsusi lisenziya əldə etməsi lazımdır. 

Məhdudiyyət vaxtla bağlı da tətbiq edilib. Belə ki, gecə 22:00-dan səhər saat 6-ya kimi narkotik vasitəni qəbul etməyə icazə verilmir.