Erkəkləri ana edəcək plan

03 Yanvar, 2018 17:41 | Sosial | Baxış sayı: 250
Hamilə kişi və övladı
Hamilə kişi və övladı

Fransa surroqat ana tərəfdarıdır

Fransa vətəndaşlarının böyük hissəsi surroqat analığın leqallaşdırılmasının tərəfdarıdır.

İstiPress-in məlumatına görə, bu barədə “Reuters” agentliyi keçirilmiş sorğu əsasında bildirib.

Hazırda istər ticari, istərsə də könüllü məqsədlə olsun, Fransada qadının başqasının yerinə uşaq doğması qadağan edilib.

Ölkə hökuməti yeni bio-tibbi etika planının müzakirə etməyə hazırlaşır. Yeni plana görə, tənha qadınların və homoseksual cütlüklərin süni mayalanmadan istifadə etməsinə icazə verləcək. Prezident Emmanuel Makron da bunun tərəfdarıdır. Amma Makron surroqat analığa qarşı çıxır.

Amma "Ifop" təşkilatının apardığı sorğuaya görə, Fransa vətəndaşlarının 62%-i buna icazə verilməsinə tərəfdar çıxır.