Bakıda yeni avtobuslar

03 Yanvar, 2018 16:32 | Sosial | Baxış sayı: 297
Avtobus dayanacağı
Avtobus dayanacağı

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti yeni avtobuslarla təmin olunub.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, paytaxtda sərnişinlərə xidmət göstərən 133 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar buraxılıb.

Artıq yeni ildən həmin marşrut üzrə sərnişinlərə yeni avtobuslar xidmət göstərir.