Azərbaycan mətbuatının tanınmış dizayneri vəfat etdi

03 Yanvar, 2018 14:48 | Sosial | Baxış sayı: 299
Fuad Həsənov
Fuad Həsənov

Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, o, 43 yaşında vəfat edib.

Xatırladaq ki, F.Həsənovun beyninə qan sızıb. O, bir neçə gün öncə komaya düşmüşdü.

Qeyd edək ki, F.Həsənov “Ədalət”, “Hürriyyət”, “7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupuna daxil olan “ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri “Daşınmaz əmlak” jurnalı olub.

F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.

Allah rəhmət eləsin!

Fuad Həsənov
Fuad Həsənov