Bazar günü hava yağışlı olacaq

02 Dekabr, 2017 13:23 | Sosial | Baxış sayı: 110
Yağışlı hava
Yağışlı hava

Temperatur 11 dərəcəni keçməyəcək

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Azərbaycanın qərb rayonlarında sabah əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.