Xaçmazda şagirdini öpdüyü deyilən direktor tutuldu YENİLƏNİB

02 Noyabr, 2017 12:16 | Sosial | Baxış sayı: 1109
Zorakılığa məruz qalan uşaq
Zorakılığa məruz qalan uşaq

62 yaşlı direktor barəsində cinayət işi açılıb

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru 62 yaşlı G.Alxasov barəsində cinayət işi açılıb. İş CM-nin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə başlayıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. 

Saat 10:00

Məktəbliyə qarşı seksual xarakterli dələduzluqda ittiham edilən Xaçmazın Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov rayon prokurorluğunda dindirilir. Direktor işindən müvəqqəti kənarlaşdırılıb.

Bunu Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova İstiPress-in Şimal bürosuna açıqlamasında deyib. Onun sözlərinə görə, direktorun bu biabırçı hadisəni edib etməməsi hələ araşdırılır. "Direktorların işə qəbulu və kənarlaşdırılması Təhsil Nazirliyinin səlahiyyətindədir".  Fakt təsdiqini tapsa Gülfəz Alxasov Təhsil Nazirliyinin qərarı ilə işdən azad edilməlidir. 

Xatırladaq ki, iddialara görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. 

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Aksiya keçirən kənd sakinləri direktorun işdən getməsini tələb ediblər.