Azərbaycanda bu universitet statusunu itirdi

02 Noyabr, 2017 19:35 | Sosial | Baxış sayı: 487
Prezident Administrasiyası
Prezident Administrasiyası

Prezident İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamla “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.

Qərar “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar verilib.