İlham Əliyev: "Liftlərə 40 milyon ayrılıb"

02 Oktyabr, 2019 10:35 | Sosial | Baxış sayı: 39
Prezident Bakı sakinləri ilə
Prezident Bakı sakinləri ilə

Bakı meri artıq 50 liftin yeniləndiyini deyib

"Artıq 50 lift quraşdırılıb. İlin axırınadək 500-ə qədər olacaq". Bunu ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O prezidentin "indiyədək neçə lift dəyişdirilib?" sualına cavabında bunu bildirib. 

Sakinləri söhbəti zamanı prezident bildirib ki, bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. "Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb".

Bundan başqa dövlət başçısı qeyd edib ki, bu il 300 avtobus gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. "Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir".