Almanın vətəni sayılan Qubada qəribə hadisə baş verib.
İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun dağlıq Dalıqaya kəndində sakinlərdən birinin meyvə ağacı bar gətirməklə yanaşı, çiçək də açıb.
Bu, sakinlərin çox marağına səbəb olub. Çünki dağlıq ərazidə yerləşən Dalıqaya kəndində havanın temperaturu çox vaxt aşağı olur. Aran yaşayış məntəqələrində bu hal qeydə alınsa da dağ kəndində yerli əhali bunu təəccüblə qarşılayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Quba təcrübə bazasının əməkdaşı, dosent Dilşad Bayramova bunu meyvə ağacına çox yaxşı qulluq edilməsilə izah edib. O bunu anormal hadisə sayaraq, barlı alma ağacında təkrar açan çiçəyin meyvə gətirməsinin mümkün olmadığını deyib.