Bu müəllimlərin müsahibəsi başladı

02 Sentyabr, 2019 13:01 | Sosial | Baxış sayı: 112
Müəllim
Müəllim

Müsahibə 202 nömrəli məktəbdə keçirilir

Bu gündən müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər.

Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir