Zəvvarların Həcc ziyarəti başladı

02 Avqust, 2019 10:00 | Sosial | Baxış sayı: 179
Kəbə ətrafında zəvvarlar (arxiv)
Kəbə ətrafında zəvvarlar (arxiv)

Bakıdan gündə iki təyyarə Ciddəyə uçacaq

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına yola düşüb. İlk qrupa 180 nəfər daxildir. Səfər avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. 

Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.